Keçid meydançaları pilləkənlərə sərbəst keçməyi təmin etməlidir. Onların sürüşməni istisna və atmosfer çöküntülərinin axıb getməsini təmin edən metal döşəmələri olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
1 m-dən artıq hündürlükdə yerləşən meydançaların hündürlüyü 1,1 m olan məhəccərli çəpəri olmalıdır. Məhəccərlərin dayaqları arasındakı məsafə 2 m-dən çox olmamalıdır. Dayaqlar, aralarındakı məsafə 0,4 m olan üfiqi tamasalarla bir-birinə birləşdirilməlidir. Meydançanın çəpərinin 0,15 m-dən az olmayan və döşəmədən 1 sm qədər hündürlükdə yerləşən yan haşiyəsi olmalıdır.