Kürdəxanı qəsəbəsində küçə itləri sakinlər üçün böyük təhlükəyə çevrilib.

Bu barədə Heftelik.az-a yerli sakinlər xəbər verib.

Onlar bildiriblər ki, küçə itləri həyatları üçün təhlükə mənbəyidir. Bununla bağlı əlaqədar qurumlara müraciət etsələr də heç bir nəticə əldə etməyiblər.

Kürdəxanı qəsəbə sakini İntiqam Valehov Heftelik.aza açıqlamasında bildirib ki, küçələrdə itlər sürü halında dolaşırlar:” Səhər-axşam bu itlər küçərlərdə dolaşırlar. Bir də görürsən 20 it birdən gəzir. Onların qorxusundan uşaqlarımızı küçəyə buraxa bilmirik, itlər tutar qorxusu ilə özümüz ehtiyatla, əlimizə daş-kəsək götürüb gəzirik. Allah iraq eləsin, istənilən an bunun bir fəlakəti ola bilər. Biz xahiş edirik əlaqədar qurumlar tədbir görsün”.

Məsələ ilə bağlı əlaqədar Sabunçu və Abşeron RİH-lərdən münasibət öyrənmək mümkün olmayıb.