Əqli mülkiyyətlə bağlı yuxarı yaş təbəqələri üçün cəza tədbirləri ağırlaşdırılmalıdır. Mən hesab edirəm ki, plagiatı sübut edilmiş adamın elmi fəaliyyəti ömürlük qadağan olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Əqli Mülkiyyət Agentliyinin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndə heyəti ilə görüşündə çıxışı zamanı bildirib.
Nazir deyb ki, bunun başqa yolu yoxdur: “Əqli mülkiyyət anlayışı uşaq yaşlarından aşılanmalıdır, bu, bir mədəniyyət göstəricisidir. İstinad anlayışı ilə şəxsən mən 20 yaşımda tanış olmuşam. Bu özü, aydın məsələdir ki, həm də bir psixoloji proses və anlayışdır. Ona görə də bu məsələlər şagirdlərə, tələbələrə ən yaxşı formada izah edilməlidir. Məktəb illərindən bu dəyər aşılanmalıdır”.