Qətnamə anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalıdır.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Qətnamə giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. Qətnamənin giriş hissəsində onun çıxarılma vaxtı və yeri, qətnamə çıxaran məhkəmənin adı, hakim, məhkəmə iclası katibi, tərəflər, işdə iştirak edən digər şəxslər, nümayəndələr və vəkillər, mübahisənin predmeti və ya irəli sürülən tələb göstərilməlidir. Qətnamənin təsviri hissəsində iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və işdə iştirak edən digər şəxslərin izahatları göstərilməlidir.