Rusiyanın “Vaqner” Özəl Hərbi Şirkəti Rostov şəhərinə nəzarət edir.
Heftelik.az-ın məlumatına görə, bu barədə “Vaqner”in rəhbəri Yevgeni Priqojin video müraciətində bildirilib.
Priqojin video müraciətində döyüşçülərinin Rostovdakı hərbi obyektlərə, o cümlədən aerodroma nəzarəti ələ keçirdiklərini iddia edib.
Bununla belə, o, aerodromdan Ukraynada müharibə üçün yollanan təyyarələrin qrafik üzrə hərəkətində heç bir problem olmadığını bildirib.
Priqojin onu da əlavə edib ki, “Vaner”in yaxınlaşdığını bilən kimi, Baş Qərargah rəisi Valeri Gerasimov Rostovdan qaçıb.