Tikinti obyektləri tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina və ya qurğulardır.
Heftelik.az-ın məlumatına görə, bu, Fövqəladə Hallar Nazirliyinin təsdiqlədiyi “Tikinti üçün layihələndirmə xidmətlərinin dəyərinin cari qiymətlərlə hesablanması Qaydaları”nda əksini tapıb.
Tikinti layihəsi şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş və konkret obyektin tikintisi (inşası, təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı hazırlanmış texniki sənədlər toplusudur. Tikinti obyektinin təxmini (proqnozlaşdırılan) dəyəri tikintinin proqnoz kimi qəbul edilən smeta dəyəri olub, smeta sənədləri, tikintinin smeta dəyərinin iriləşdirilmiş göstəriciləri və ya analoq-obyektlərin (belə obyektlər olmadıqda isə iqtisadi, material-texniki və digər xüsusiyyətlərinə görə digər oxşar tikinti obyektlərinin) orta dəyərləri əsasında təyin olunan dəyərdir.