Azərbaycanda fəaliyyət göstərən daha bir partiya özünü buraxıb.
Heftelik.az-ın məlumatına görə, Vətəndaş və İnkişaf Partiyası (VİP) fəaliyyətinə son verdiyi barədə bəyanat yayıb.
Qeyd edilib ki, VİP “Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə uyğun olaraq öz fəaliyyətini dəyandırmaq haqqında qərar qəbul edib.
Qeyd edək ki, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev idi.