Azərbaycan Respublikası Müdafiə Nazirliyinin beş hərbi qulluqçusuna “general-mayor” ali hərbi rütbəsi verilib.

Heftelik.az-ın xəbərinə görə,  bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:

polkovnik Elmir Zülfüqar oğlu İbrahimova

polkovnik Arif Həsən oğlu Həsənova

polkovnik İslam Şixzadə oğlu Əmirağayevə

polkovnik Bilal İsmayıl oğlu Çompuzova

polkovnik İlqar Saab oğlu Qafarova.