Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqton danışıqlarının tarixi dəqiqləşib.
Heftelik.az-ın məlumatına görə, Ermənistan XİN-in yaydığı məlumata əsasən, iyunun 26-dan etibarən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair saziş üzrə müzakirələrin növbəti raundu keçiriləcək.
Artıq Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtona işgüzar səfərə gedir.
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 12-də Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.