Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib.

Heftelik.az-ın məlumatına görə,  dəyişikliyə əsasən, torpaqlara bioloji, biokimyəvi və kimyalaşdırma xidmətləri və Dövlətə məxsus protez-ortopedik bərpa mərkəzinin xidmətləri siyahıdan çıxarılıb.

Beləliklə, torpaqlara bioloji, biokimyəvi və kimyalaşdırma xidmətləri və dövlətə məxsus protez-ortopedik bərpa mərkəzinin xidmətlərinin qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənməyəcək.