Çənin gövdəsinin üzərində sıra nömrəsi və “ODDAN TƏHLÜKƏLİDİR!” sözləri yazılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Günəş şüalarının təsirindən mühafizə olunmaq məqsədilə çənlər günəş şüalarını əks etdirən açıq rəngli boya ilə rənglənməlidir. Çənlər parkının ərazisi layihəyə uyğun planlaşdırılmalı və yağış sularının yığım kanalizasiya quyusuna axıdılması üçün maili olmalıdır. Yığım quyuları xüsusi məhəccərlərlə təchiz olunmalıdır.