Adi insanlar kimi dahilər də müxtəlif qəribəliklərə və kaprizlərə malik olublar.

Heftelik.az Vüar İsmayılovun dünya tarxinin məşhur simalarının qəribləlikləri barədə yazısını təqdim edir.

Məşhur rus sərkərdəsi Aleksandr Suvorov bir neçə gündən bir xoruz kimi banlamağı xoşlayardı.

Səssiz filmlərin ulduzu Sara Bernar çəkilişlərdə fasilə yaranan zaman ayaq üstə yatırdı. Evdə isə Bernar tabutda yatmağa üstünlük verirdi.

Çin Xalq Respublikasının banisi Mao Tzedun  prinsipial olaraq heç vaxt dişlərini yumurdu.

Rəssam Salvador Dali anasının portretlərinə tüpürməyi hobbiyə çevirmişdi. Bundan başqa, o, hər yeni rəsm əsərini çəkməzdən öncə mütləq üzüm çərdəyini qulağının içinə qoymalı idi.

Bencamin Franklin isə həmişə stol arxasına əyləşərkən mütləq stolun üstündə pendir olmalı idi.

Almaniya kansleri Otto fon Bismark hər səhər yeməyində 2 şüşə şampan içdikdən sonra vəzifəsinin icrasına başlayırdı.

Böyük Britaniyanın baş naziri Uinston Çerçillin oyuncaq əsgərlərə qarşı zəifliyi var idi. O, evində oyuncaq qoşunları qarşı-qarşıya düzərək müharibə aparmağı xoşlayardı.

Amerikanın mərhum prezidenti Con Kennedi hər səhər mütləq 4 qəzet oxumalı idi. Qiraətə sərf edilən zaman isə heç vaxt 20 dəqiqədən çox olmamalı idi.

Adolf Hitler insanların ovuclarına baxmağı sevirdi. Hətta onda tarixin ən məşhur şəxslərinin ovuclarının şəkli olan fotokolleksiya da vardı.

Alman dramaturqu Frixdrix Şiller yazı stolunun üstündə çürük almalar olmadan yaradıcılıqla məşğlu ola bilmirdi.

Yazıçı Çarlz Dikkens şəxsiyyəti müəyyən olunmamış cəsədlərin nümayiş olunduğu zamanlarda Paris meyitxanasına getməyə adət etmişdi. Bundan başqa, o, yatarkən başını həmişə şimal səmtinə qoymalı idi. Əsər yazarkən də onun başı şimal istiqamətinə yönəlməli idi. Çarlz Dikensin qəribəlikləri bununla bitmir. O, yazdığı hər 50 sətirdən sonra isti su içirdi.

Alman yazıçısı İohan Höte isə hər tərəfdən bağlı olan məkanlarda yaza bilərdi. Yazıçı təmiz havaya nifrət edirdi və soyuqdəymədən qorxurdu.

Fransa yazıçısı Marsel Prust öz hesabına Parisdə homoseksuallar üçün bordel açmışdı. Yazıçı müştəri kimi tez-tez oranı ziyarət etməyi xoşlayırdı.

Rusiyalı dramaturq Anton Çexov yeni getdiyi hər bir şəhərlə tanışlığı birinci növbədə həmin şəhərin bordellərindən başlayardı.

Şair Riçard Qoutona ilham gələndə ağlını itirirdi və əlinə qayçı alaraq qarşısına çıxan hər şeyi doğrayırdı. O, beləcə evdəki bütün mebeli və hətta həyat yoldaşının bütün paltarlarını doğramışdı.

Riyaziyyatçı Rene Dekart istənilən yeni teoremi yalnız uzanmış vəziyyətdə düşünə bilirdi.

Almaniyalı bəstəkar Yohhan Brams yeni əsər yazmazdan qabaq ayaqqabılarını təmizləyərdi.

Digər bəstəkar Bethoven isə ülgücün yaradıcılıq ilhamını öldürdüyünü düşündüyü üçün heç zaman ondan istifadə etmirdi. Əvəzində beynini aktivləşdirmək üçün həmişə başına soyuq su ilə dolu vedrəni boşaldırdı.

Məşhur yazıçı Onore de Balzak kofe həvəskarı idi. O, hər gün normalda 50 fincan kofe içirdi. Bunun sayəsində dayanmadan 48 saat işləyə bilirdi.

Lev Tolstoy fiziki işlərlə – torpaq şumlamaq, odun doğramaq və çəkməçiliklə məşğul olurdu. Bu yazıçının şəxsi istəyi deyildi. Sadəcə, fiziki işdən uzaq düşnədə Tolstoyun bədənində ağrılar başlayır və gecəni yata bilmirdi.

Nağılbaz Hans Kristian Anderson savadsız olduğu üçün bütün əsərlərində çoxsaylı hərif səhvləri edirdi. Bu səhvləri düzəltmək üçün onun 3 nəfər köməkisi var idi.

Yazıçı Nikolay Qoqol əsl qarınqulu idi. O, həmişə yeməyi acgözlüklə yeyir, həmişə cibində şirniyyat və konfet saxlayırdı.

İtalyan skripkaçısı Nikola Paqanini yeni əsər yazmağa ilhamlanmaq üçün qəbirstanlıqlarda konsert verirdi.

Orta əsr italyan heykəltaraşı Mikalencelo şəxsi gigiyena qaydalarına riayət etmirdi. O, çox nadir hallarda çimir, geyimini və yataq ləvazimatlarını, ümimiyyətlə dəyişmirdi.