Məsləhəti aydınlaşdırmaq və tamamlamaq məqsədi ilə mütəxəssisə suallar verilə bilər. Mütəxəssisin cəlb olunması barədə vəsatət vermiş şəxs və onun nümayəndəsi birinci olaraq, sonra isə işdə iştirak edən digər şəxslər və onların nümayəndələri suallar verirlər.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Məhkəmənin təşəbbüsü ilə cəlb olunmuş mütəxəssisə birinci olaraq iddiaçı və onun nümayəndəsi suallar verirlər.
Hakim mütəxəssisin dindirildiyi hər bir vaxt ona suallar verməyə haqlıdır.