Layihələndirmə xidmətlərinin ehtimal olunan dəyərinin təyini üsulu müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, Fövqəladə Hallar Nazirliyinin təsdiqlədiyi “Tikinti üçün layihələndirmə xidmətlərinin dəyərinin cari qiymətlərlə hesablanması Qaydaları”nda əksini tapıb.
Bu Qaydalarla müəyyən edilən tikinti üçün layihələndirmə xidmətlərinin ehtimal olunan dəyəri aşağıdakı kimi təyin edilir:
Td x Ə
Ld = ———– ,
100
burada
Ld – layihələndirmə xidmətlərinin cari qiymətlər səviyyəsində ehtimal olunan dəyəri (ƏDV-siz), manat;
Td – layihələndirilən tikinti obyektinin ehtimal olunan smeta dəyəri (ƏDV-siz), min manatla;
Ə – layihələndirmə xidmətlərinin cari qiymətlərlə ehtimal olunan dəyərinin təyinində bu Qaydaların 4-cü hissəsində nəzərdə tutulmuş tikinti obyektlərinin sinifləri üzrə tətbiq olunan xərc əmsalı, faizlə (bu Qaydalara Əlavə üzrə qəbul olunur).