Neftin qızdırılma temperaturu onun qaynama temperaturundan az olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Qızdırılma temperaturuna daim nəzarət olunmalı və növbə jurnalında qeyd olunmalıdır. Qızdırılacaq və ya uzun müddət saxlanılacaq nefti çənlərə dolduran zaman onun səviyyəsi çənin hündürlüyünün 95%-dən artıq olmamalıdır.