Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər və emitentlər tərəfindən “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hesabatın və ya digər məlumatların müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma təqdim edilməsindən yayınmağa və ya imtina edilməsinə, yaxud təhrif edilmiş məlumatın verilməsi və ya onların təqdim edilməsi müddətinin pozulmasına görə cərimələr məlum olub.
Hüquqşünas Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər və emitentlər tərəfindən “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hesabatın və ya digər məlumatların müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma təqdim edilməsindən yayınmağa və ya imtina edilməsinə, yaxud təhrif edilmiş məlumatın verilməsi və ya onların təqdim edilməsi müddətinin pozulmasına görə vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.