Şimşək çaxan vaxtı ildırımötürücülərə 4 m-dən az məsafəyə yaxınlaşmaq qadağandır, ildırımötürücülərinin üzərində bu barədə xəbərdaredici yazıları olan lövhələr asılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Çənlər, avadanlıqlar, boru kəmərləri statik cərəyandan mühafizə olunmaq üçün yerlə birləşdirilməlidir. Yerləbirləşdirmə qurğularının müqaviməti ildə bir dəfədən az olmayaraq torpağın ən az keçiriciliyə malik olduğu dövrdə ölçülməlidir. Üzən damlı çənlər üçün statik elektrik cərəyanını dəf etmə xəttinin sazlığı ildə iki dəfədən az olmayaraq yoxlanılmalıdır.