Biz tələbələrimizin xaricdə dini təhsil almasını istəmirik.
Heftelik.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İlahiyyat İnstitutundakı məzun günündə çıxışı zamanı deyib.
Mübariz Qurbanlı bildirib ki, dini təhsil millətin, eyni zamanda, dövlətin özünəməxsusluğunu ifadə edir: “Bu cür kadrlar Azərbaycanda yetişməlidir. Biz elə etməliyik ki, gənclərimiz başqa təsir altına düşməsinlər”.