Yaşayış binalarının, onların avadanlığının və abadlıq obyektlərinin korlanmasına görə cərimə tətbiq olunur.
Hüquqşünas Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Yaşayış binalarının, onların avadanlığının və abadlıq obyektlərinin korlanmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.