Bu gün gecə saatlarında Naxçıvanın Kəngərli rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  qəza rayonun Kərki və Böyükdüz kəndləri arasında baş verib.

Belə ki, 71-BC-377 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobillə 74-BB-744 dövlət nömrə nişanlı “Wolswagen” markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində biri uşaq olmaqla, 5 nəfər ölüb.

Qəzada xəsarət alan 5 nəfərin vəziyyəti də ağır qiymətləndirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanları və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb ediliblər.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.