Rusiya Prezidenti Vladimir Putin 24 iyunda baş verən və Moskvaya 200 km qalmış hərbi yürüşü dayandıraraq düşərgələrinə qayıtmış “Vaqner” özəl şirkətinin hərbçilərinin 3 çıxış yolu olduğunu bildirib.

Heftelik.az-ın məlumatına görə, Vladimir Putin bu gün xalqa müraciətində bildirib ki, baş verən hadisə Rusiyaya xəyanət idi.

Həmin gün xalqın, siyasilərin, ictimai və dini xadimlərin dəstəyini xatırladan və buna görə təşəkkür edən Rusiya Prezidenti qeyd edib ki, istənilən halda qiyamın yatırılacaqdı. Bu qiyama qoşulmayan, o cümlədən son anda  geri qayıdan “Vaqner” döyüşçülərinə təşəkkür edən Rusiya Prezidenti “Vaqner” 3 təkliflə çıxış edib. Vladimir Putin deyib ki, “Vaqner” döyüşçüləri Müdafiə Nazirliyi və digər guc strukturları ilə müqavilə bağlaya, evə doğmalarının yanına qayıda və yaxud Belarusa gedə bilərlər.