İyunun 28-i, saat 11 radələrində Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən iaşə obyektlərindən birində 1986-cı il təvəllüdlü Kamil Cəfərovun kəsici-deşici xəsarətlərdən ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Gəncə şəhər Prokurorluğundan Heftelik.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyit müayinə olunmaqla digər prosessual hərəkətlər aparılır.
Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.
APA-nın məlumatına görə isə hadisə şəhərin Nizami Gəncəvi prospektində yerləşən kafelərin birində qeydə alınıb. Belə ki, hər iki şəxsin arasında söyüş üstündə mübahisə düşüb. Bundan sonra əngilan rayon sakini 2004-cü il təvəllüdlü Samir Hüseynov Şəmkir rayon sakini 1986-cı il təvəllüdlü Kamil Cəfərovu bıçaqla qətlə yetirib.