“Google map”də Ağdamda Şahbulaq qalası Vətən müharibəsindən əvvəlki fotolarla təqdim edilib.
Heftelik.az xəbər verir ki, “Google”da Şahbulaq qalasını işarə edən zaman orada üstündə qondarma Arsaxın bayrağı olan foto görünür.
Artıq bir neçə sakin saytımıza müraciət edərək şikayətlərini bildiriblər. Qeyd edilib ki, azad edilmiş ərazilərdən şəkil paylaşılan zaman məntəqələr erməni adları ilə yanaşı işğal dövrünün fotoları ilə də görünür.
Halbuki “Google”da köhnə fotonun silinib yenisi ilə, üstündə Azərbaycan bayrağı olan foto ilə əvəzlənməsini təşkil etmək çox asan məsələdir.
Bəs görəsən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hara baxır?
Belə çıxır ki, rəşadətli ordumuzun döyüş meydanlarında canları bahasına aldığı torpaqların virtual məkanda yeni şəkillər və adları ilə təqdim olunması üçün əlaqədar təşkilatlar bu müddət ərzində heç bir fəaliyyət göstərməyib?
Məsələni gündəmdə saxlayacağıq. Ümid edək ki, qısa zamanda bu biabırçılıq aradan qaldırılacaq.