“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2023-ci il kiçik qrant müsabiqəsində “Peşə təhsilinin əhali arasında populyarlaşdırılması və təbliği istiqamətində təşəbbüslər” çərçivəsində “Peşə təhsilindən okean sularına qədər” layihəsini həyata keçirməyə start verdi.
Layihə 1 iyul – 30 sentyabr 2023-ci il tarixlərində gerçəkləşəcək.
Bu haqda redaksiyamıza İctimai Birliyin Analitik-İnformasiya Bölümündən məlumat verilib. Məlumatda deyilir ki, icra olunacaq layihənin gözlənilən nəticələr yüksək səviyyədə olacaq.
Məlumdur ki, artıq müstəqil Azərbaycanın gəmiləri Xəzərdə və Xəzəryanı ölkələrdə, eləcə də dünyanın bütün sularında üzür. Peşəkar və dözümlü dənizçilərimizə həmişə ehtiyac var. Bunun üçün də layihə çərçivəsində Vətən müharibəsidə iştirak etmiş və ümumilikdə ölkə gəncləri arasında dənizçi peşəsinə maraq oyatmaq, bu sahənin həm ölkəmiz üçün, həm də dənizçi adını daşıyan insanlarımız üçün gərəkli olmasını aşılamaqdır.
Layihənin məqsədi Azərbaycan gəncləri arasında dənizçilik peşələrinə maraq oyatmaq, bu sahənin vacibliyini qeyd etmək və Azərbaycanın, eləcə də dünyanın müxtəlif gəmiçilik şirkətlərində işləyəcək ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır.
İcra olunacaq layihədən gözlənilən nəticələrin yüksək səviyyədə olacağına inamlıyıq. Belə ki, bu sahədə təcrübəsi olan Birlik indiyə kimi onlarla gəncimizin bu sahədə təhsil alıb işlə təmin olunmasına nail olub. “DSD” İB-nin komandasında və İdarə heyətində təcrübəli dənizçilər və pedaqoqlar var. Layihə uğurla sona çatacaq və bu layihənin davamlılığı daima qüvvədə qalacaq.
Adından da məlum olduğu kimi, layihə çərçivisində gəmiçiliyimizin inkişafına, kadrların hazırlanmasına dəstək və onların həmişə yanında olduğumuzu nümayiş etdirmək, dənizçilik peşəsinə sahiblənən gənclərimizin təlim və tədrislərində istifadə edilməsi üçün yaddaş kitabının dərc olunması, tədris mərkəzlərində təqdimatının və eyni zamanda təcrübəli dənizçilərlə görüşlərin keçirilməsi planlaşdırılır”.
“Peşə təhsilindən okean sularına qədər” layihəsi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihənin rəhbəri “DSD” İB-nin sədri Faiq Balabəylidir.
Tural Balabəyli
“DSD”İB -nin layihə üzrə Analitik-informasiya bölümünün rəhbəri