Layihələndirmə xidmətləri üçün birinci sinif tikinti obyektləri məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, Fövqəladə Hallar Nazirliyinin təsdiqlədiyi “Tikinti üçün layihələndirmə xidmətlərinin dəyərinin cari qiymətlərlə hesablanması Qaydaları”nda əksini tapıb.
Birinci sinif tikinti obyektləri aşağıdakılardır:
– müvəqqəti bina, qurğular və yollar;
– mövsümi və yardımçı qurğular (talvar, hasarlar);
– sahəsi 50 m2-dən çox olmayan pavilyonlar və köşklər;
– mobil (səyyar) bina və qurğular;
– növbətçi məntəqələri;
– kiçik bağ tikililəri;
– asan sökülüb-yığılan, yüngül konstruksiyalardan inşa edilən sadə funksional təyinatlı kənd təsərrüfatı obyektləri;
– hündürlüyü 15 metrdən çox olmayan reklam qurğuları;
– 50-dən çox olmayan avtomobil tutumlu birmərtəbəli avtomobil dayanacaqları (zirzəmisiz);
– sahəsi 200 m2 qədər olan anbarlar;
– artezian və subartezian quyuları.