Hakim şahidin dindirildiyi hər bir vaxt ona suallar verməyə haqlıdır.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Məhkəmə, zəruri halda, həmin və ya sonrakı iclasda şahidi ikinci dəfə dindirə, habelə şahidlərin ifadələri arasında olan ziddiyyətləri aydınlaşdırmaq üçün onları üzləşdirə bilər.
Məhkəmə icazə vermədiyi hallar istisna edilməklə, dindirilmiş şahid işin araşdırılması qurtarana qədər iclas zalında qalır.