Çənlərdə neftin səviyyəsi məsafədən idarə olunan vasitələrlə ölçülməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Ölçü lükündən əl ilə səviyyə ölçüldükdə və nümunə götürüldükdə statik elektrik cərəyanının boşalmasının və zərbə nəticəsində qığılcım əmələ gəlməsinin qarşısının alınması üçün qığılcım verməyən elastik burazdan istifadə edilməlidir.
Bununla yanaşı, temperaturun və neftin səviyyəsinin əl ilə ölçüldüyü, həmçinin nümunənin daşınan vasitələrin köməyi ilə götürüldüyü hallarda qığılcımın əmələ gəlməsinə qarşı aşağıdakı tədbirlər görülməlidir:
– işçilər qeyri-sintetik parçadan tikilmiş xüsusi geyimdə, polad altlığı və mismarı olmayan xüsusi ayaqqabıda işləməli;
– qığılcım əmələ gətirməyən materialdan hazırlanmış nümünəgötürən cihazdan və ölçü lentindən istifadə edilməli;
– nümünəgötürən cihaz yerlə birləşdirilməli;
-zərbədən qığılcım verməyən alətlərdən və tərtibatlardan istifadə edilməlidir.