Nasos stansiyası otaqlarında nasosxananın texnoloji sxemi və yanğın təhlükəsizliyi üzrə təlimatlar asılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Nasos stansiyası telefon əlaqəsi, qəza haqqında xəbərdaredici səs və işıq siqnalizasiyası ilə təchiz olunmalıdır.
Neftvurma nasos stansiyalarının istismarında qüvvədə olan normativ-hüquqi aktların və bu Qaydaların tələbləri nəzərə alınmalıdır.