Avadanlıqlara, boru kəmərlərinə və çəpərlənmələrə vurulan fərqləndirici rəng, xəbərdaredici və təhlükəsizlik nişanları normativ sənədlərin tələblərinə cavab verməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Nasosxana otaqlarında işləyən zaman qığılcım əmələ gətirməyən alətlərdən istifadə olunmalıdır. Nasos aqreqatlarının gövdəsi yerlə birləşdirilməlidir.