2022-ci ildə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ölüm statistikası açıqlanıb.
Heftelk.az-ın məlumatına görə, bu barədə «Abituriyent» jurnalının 12-ci nömrəsində məlumat verilib.
Qeyd edilib ki, ötən il 72 tələbə vəfat edib. Onlardan 56-sı bakalavriat, 5-i magistratura, 5-i tam orta ixtisas, 6-sı isə orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.