Qəsdən müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən özünün, yaxud digər şəxslərin mənafeyi naminə qəsdən ödəmə qabiliyyətsizliyinin yaradılmasına və ya artırılmasına görə cərimələr məlum olub.
Hüquqşünas Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Qəsdən müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən özünün, yaxud digər şəxslərin mənafeyi naminə qəsdən ödəmə qabiliyyətsizliyinin yaradılmasına və ya artırılmasına görə iibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.