Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvilinin 7 noyabr işi ilə əlaqədar məhkəməsi keçirilib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Saakaşvili səhhətindəki problemlərlə əlaqədar məhkəməyə müalicə aldığı klinikadan onlayn qaydada qoşulub. Saakaşvili çıxışı zamanı ayağa qalxaraq fiziki vəziyyətini nümayiş etdirib və onu bu vəziyyətə salanların gürcü xalqından, Ukraynadan, Avropa Parlamentinin deputatlarından üzr istəməli olduğunu deyib.
Sabiq Prezident həbsdə olmasına görə Rusiya Prezidenti Vladimir Putini və keçmiş baş nazir, hakim “Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişvilini ittiham edib.
“Gürcüstana və Ukraynaya xəyanət edənlər ən ağır sanksiyalarla cəzalandırılmalıdırlar”- Saakaşvili deyib.