Statistik sirrin mətbuatda dərc olunmaqla yayılmasına görə cərimələr tətbiq olunur.

Hüquqşünas Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.

Statistik sirrin mətbuatda dərc olunmaqla yayılmasına görə fiziki şəxslər 200 manatdan 300 manatadək, vəzifəli şəxslər 500 manatdan 700 manatadək, hüquqi şəxslər 2 min manatdan 3500 manatadək cərimə edilir.