Binalar tikilərkən zəlzələyə davamlılığı nəzərə alınır.
Heftelik.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli iyulun 4-də Xəzər dənizində baş vermiş zəlzələyə dair mətbuat konfransında bildirib.
Qurban Yetirmişli deyib ki, ölkəmizdə binalar tikilərkən 8 ballıq zəlzələyə davamlılığı da nəzərə alınır, layihələr buna əsasən hazırlanır: “Azərbaycan seysmik zonada yerləşir və buna görə zəlzələlərin olması normaldır: “Son zamanlar Azərbaycanda güclü zəlzələlərin baş verəcəyinə dair söz-söhbətlər yayılır. Kim deyir ki, Azərbaycanda zəlzələ olmayacaq?! Zəlzələ ola bilər. Azərbaycan seysmoloji zonada yerləşir və buna görə binalar tikilərkən bu, nəzərə alınır”.