Azərbaycanın müasir tələblərə cavab verən seysmoloji xəritəsi yoxdur.

Heftelik.az-ın məlumatına görə,  bunu bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli iyulun 4-də Xəzər dənizində baş vermiş zəlzələyə dair mətbuat konfransında  bildirib.

Baş direktor yeni xəritə ilə bağlı RSXM tərəfindən təklif verildiyini nəzərə çatdırıb: “Azərbaycanda bu xəritə ən son 1957-ci ildə ərsəyə gəlib. Hazırda Fövqəladə Hallar Nazirliyi ilə birlikdə yeni xəritənin hazırlanması istiqamətində işlər aparılır”.