Çəndə statik elektrik yüklənməsinə şərait yaradan əşyalar olduqda çəni istismar etmək qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Doldurma əməliyyatı zamanı statik elektrik yüklənməsi nəticəsində partlayışın baş verməməsi üçün çənə tökülən maye şırnaqla deyil, mayenin səviyyəsi altından doldurulmalıdır.