Layihələndirmə xidmətləri üçün ikinci sinif tikinti obyektləri məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, Fövqəladə Hallar Nazirliyinin təsdiqlədiyi “Tikinti üçün layihələndirmə xidmətlərinin dəyərinin cari qiymətlərlə hesablanması Qaydaları”nda əksini tapıb.
İkinci sinif tikinti obyektləri aşağıdakılardır:
hündürlüyü 12 metrədək müxtəlif təyinatlı tikinti obyektləri (fərdi yaşayış evləri də daxil olmaqla);
– sahəsi 5000 m2 qədər olan istehsalat və anbar tikililəri (birinci sinfə aid olan anbarlar istisna olmaqla);
– sahəsi 1 hektardan çox olmayan istixanalar;
– günəş və külək enerjisi qurğuları;
– sahəsi 1000 m2 qədər olan ticarət binaları, ictimai iaşə obyektləri;
– tutumu 50 nəfərdən (şagird) çox olmayan məktəbəqədər təhsil müəssisələrinin binaları;
– 200 yerədək tutumu olan ümumi təhsil müəssisələrinin tədris korpusları;
– 100-dən çox olmayan avtomobil tutumlu birmərtəbəli avtomobil dayanacaqları (zirzəmisiz) (birinci sinfə aid olan avtomobil dayanacaqları istisna olmaqla);
– 1500 nəfərədək tamaşaçı (azarkeş) tutumu olan stadionlar və oyun meydançaları;
– nəzarət-buraxılış məntəqələri;
– hündürlüyü 15 metrdən çox olan reklam qurğuları;
– ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, botanika bağları, zoologiya parkarı, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər.