Ölçü lükündən neft nümunəsinin götürülməsinə və səviyyənin ölçülməsinə neftvurma əməliyyatı başa çatdıqdan 2 saat sonra icazə verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Yağışlı hava şəraitində, küləyin surəti 12,5 m/san-ni aşdıqda, həmçinin doldurma-boşaltma zamanı çənlərdə neftin səviyyəsinin əl ilə ölçülməsi və onlardan nümunənin götürülməsi qadağandır.