İyulun 4-də yerli vaxtla saat 00:01 radələrində Xəzər dənizində 5,7 maqnitudalı zəlzələ olub.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Heftelik.az-a verilən məlumata görə, zəlzələnin ocağı 20 km dərinlikdə yerləşib.

***

saat 00.31

Xəzər dənizində 5,4 bal gücündə zəlzələ baş verib.

Heftelik.az-ın məlumatına görə,  bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəz məlumat yayıb.

Yeraltı təkanların episentri Xaçmaz rayonundan 46 kilometr şimal-şərqdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib. Zəlzələ  Bakı və Abşeron yarımadasında, eləcə də şimal bölgəsində hiss olunub.

***

saat 00.11

Xaçmaz rayonunda güclü zəlzələ qeydə alınıb.

Heftelik.az-ın məlumatına görə, zəlzələ rayon mərkəzində hiss olunub.

Ətraf rayonlarla bərabər Bakıda da zəlzələ hiss olunub.

Dağıntı və itki barədə məlumat yoxdur.