Bütün sübutlar tədqiq edildikdən sonra, sədrlik edən işdə iştirak edən şəxslər və onların nümayəndələrinin bu barədə mövqeyini öyrənməklə iş üzrə halların tədqiqinin qurtardığını elan edir və məhkəmə çıxışlarına keçir.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
İşə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.