Mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalar üçün seçimlər başa çatıb.

Təhsil İnstitutundan Heftelik.az-a verilən məlumata görə, lisey seçimləri şagirdlərin elektron yerdəyişməsi portalı (sy.edu.az/login) vasitəsilə həyata keçirilib.

Valideynlər şəxsi kabinetlərə daxil olaraq “İmtahanlar” bölməsindən imtahan nəticələri ilə tanış olub və lisey seçimi ediblər. Bu mərhələdə 3 lisey seçimi şansı təqdim olunub. Hər 3 seçimi etmək zərurəti olmayıb. Lisey seçimləri 4 iyul 16:00–a qədər davam edib.

Qeyd edək ki, nəticələr seçimlər yekunlaşdıqdan bir neçə gün sonra elan ediləcək.