Bu günlərdə tanınmış şair-jurnalist, “Qızıl qələm” mükafatı laureatı Elbarız Məmmədlinin “Mənim nağıllı dünyam” kitabı çapdan çıxıb.

Heftelik.az-ın məlumatına görə, kitabda  “Fəxri dəmiryolçu”, respublikanın əməkdar mühəndisi Vilayət Mansur oğlu Quliyev haqqında mərhumun həyat yoldaşı Göyərçin xanımın xəyali məktubları yer alıb.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.