Nasos stansiyası otaqlarının hansı tələblərə cavab verməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Nasos stansiyası otaqları aşağıdakı tələblərə cavab verməlidir:
– nasosxana binasına iki yerdən giriş və çıxış qapıları olmalıdır;
– döşəmələr və divarlar odadavamlı, qığılcım əmələ gətirməyən, neft və neft məhsulları hopdurmayan materiallardan olmalı;
– otaqların qapıları bayıra açılmalı və bağlayıcı qurğuları (kilidi) olmamalı;
– sürtkü materiallarının ehtiyatı bir sutkalıq tələbatdan artıq olmamalı;
– elektrik enerjisinin verilməsi qəflətən dayandırıldıqda nasoslar elektrik şəbəkəsindən açılmalıdır.