Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsində əməliyyat tədbiri keçirib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, əməliyyat zamanı şöbə rəisi Rahim Ağayev də saxlanılıb.

Qeyd olunan məsələ ilə bağlı sorğuya cavab olaraq, Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən fakt təsdiq edilib. Bildirilib ki, ətraflı məlumat veriləcək.