Yens Stoltenberqin NATO Baş katibi kimi səlahiyyət müddəti uzadılıb.

Hefteik.az-ın məlumatına görə, bu barədə Baş katib Stoltenberq “Tvitter”-də paylaşım edib.

Yens Stoltenberq qeyd edib ki, NATO üzvləri Baş katib kimi səlahiyyət müddətimi 2024-cü il oktyabrın 1-dək uzadıb:  “Bu qərara görə şərəf duyuram. Avropa və Şimali Amerika arasındakı Transatlantik bağ 75 ilə yaxındır ki, bizim azadlığımızı və təhlükəsizliyimizi təmin edib. Alyansımız indi daha çox təhlükəli olan dünyada həmişəkindən daha vacibdir”.