Həftədə bir dəfədən az olmayaraq istehsalat kanalizasiyası vaxtaşırı yuyulmalı, yığım quyuları təmizlənməli, qoruyucu qapaqların (xlopuşkaların) sazlığı yoxlanılmalı və müvafiq jurnalda qeyd olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Çənlər parkının ərazisinə daxil olmaq üçün torpaq bəndlərinin və ya çəpər divarların hər iki tərəfində məhəccərli pilləkən – keçidlər quraşdırılmalıdır. Tək dayanan çən üçün pilləkən-keçidlərin sayı ikidən, qrup şəkilində olan çənlər üçün isə dörd ədəddən az olmamalıdır.