Zəlzələ ilə bağlı qorxulu nəsə gözlənilmir.
Heftelik.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli iyulun 4-də Xəzər dənizində baş vermiş zəlzələyə dair mətbuat konfransında bildirib.
Qurban Yetirmişli bildirib ki, qorxulu və ciddi tələfatlara səbəb olacaq yeraltı təkanlar gözlənilmir:
“Əhaliyə demək istəyirəm ki, şayiələrə inanmasınlar. Güclü yeraltı təkanlar gözlənilmir. İşlərində-güclərində, istirahətlərində olsunlar”.