4 iyul saat 00.01 radələrində Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra dəmir yolu infrastrukturuna operativ baxış keçirən “Azərbaycan Dəmir Yolları” ASC-nin Fövqəladə Hallar Komissiyası öz işini yekunlaşdırıb.
“Azərbaycan Dəmir Yolları” ASC-dən “Heftelik.az-a verilən məlumata görə, aparılan yoxlamalara əsasən zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyməyib.
Hazırda yük və sərnişin qatarları qrafik üzrə hərəkətlərini davam etdirirlər.