Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin oğlu İsfəndiyar Möhbalıyev yeksək vəzifəyə təyin olunub.

Heftelik.az-ın xəbərinə görə, İsfəndiyar Möhbalıyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə rəis müavini təyin olunub.

Xatırladaq ki, İsfəndiyar Möhbalıyev Prezidentin sabiq köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənovun kürəkənidir. Qaradağ Rayon Polis İdarəsinin rəisi olan İsfəndiyar Möhbalıyev 2021-ci ilin iyununda vəzifəsindən azad edilmişdi.

Qeyd eədk ki, bu barədə ilk məlumatı Unikal yayıb.