Məhkəmə Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Nərimanov rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun vəsatəti təmin edilib, Anar Əsədlinin barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığına buraxılıb.
Eyni zamanda, iş üzrə çərərkən 4 nəfərdən üçünün zərəri tam, yerdə qalan bir nəfərə isə zərər qismən ödənilib.
Qeyd edək ki, partiya sədri 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.